
Meksikada Çilpansinqo şəhərinin meri Alexandro Arkos öldürülüb.
Gununsesi.info El Financiero qəzetinə istinadən xəbər verir ki, onun başsız cəsədi Villas del Roble ərazisində tapılıb.
Qətlin motivi məlum deyil.
Çilpansinqo şəhəri Meksikanın qərbində yerləşən Gerrero əyalətinin paytaxtıdır.
Arkos sentyabrın 30-da vəzifəsinin icrasına başlayıb.
Ölümündən bir neçə saat əvvəl o, qasırğadan zərər çəkmiş yaşayış məntəqələrinə baş çəkib.
Dövlət prokurorluğu onun ölümü ilə bağlı cinayət işi açıb.
Oktyabrın 3-də şəhər şurasının yeni katibi Fransisko Qonzalo Tapia Qutierrez Çilpansinqonun mərkəzində güllələnib.
Statistikaya görə, Meksikada cinayətlərin 98%-dən çoxu ya açılmamış, ya da cəzasız qalır.
Təkcə 2022-ci ildə ölkədə 30,9 mindən çox qəsdən adam öldürmə cinayəti müəyyən edilib.