Bərdədə itkin düşən qızı öldürməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb

Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sentyabrın 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Onun meyiti oktyabrın 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info