Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı Şurası (Aİ) oktyabrın 8-də Moskvanın sabitliyi pozduğu iddia edilən fəaliyyətinə görə yeni anti-Rusiya sanksiyaları tətbiq edəcək.

Gununsesi.info xəbər verir ki, RİA Novosti bu barədə Avropanın əsas qanunverici orqanındakı mənbəyə istinadən xəbər verir.

Anonim mənbə agentliyə verdiyi şərhdə bildirilib ki, təsdiqləmə çərşənbə axşamına planlaşdırılıb.

Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell qəbul edilmiş bütün anti-Rusiya sanksiyalar paketlərini özünün əsas şəxsi nailiyyətlərindən biri adlandırıb.

 

 

Gununsesi.info