
İstanbul Mədəniyyət Yolu Festivalı çərçivəsində sənətsevərlərlə görüşən və bu il Fələstinli şair Mahmud Dərvişin xatirəsinə təşkil edilən 6-cı Beynəlxalq Dostluq Qısa Film Festivalı mükafatlandırma mərasimi ilə başa çatıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçirilən mərasim Özer və Aslıhan Özelin musiqili konserti ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu Fələstin və Qəzza xalqına salamlarını çatdıraraq bildirib ki, Fələstin kinosu bir xalqın varlıq mübarizəsini elan edən ən yüksək səsdir.
Qeyd edək ki, mükafatlandırma mərasimi “Mar Mama” filminin nümayişi ilə başa çatıb.
Orxan Saffari