
“Qərb Cənubi Qafqazda təxribat törətməyə çalışır, region ölkələri bu cəhdlərlə mübarizə aparmalıdır”.
Gununsesi.info TASS – a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Biz kollektiv Qərb ölkələrinin, NATO blokunun problemli sularda balıq tutmaq arzusunun böyük olduğunu görürük. Bu cəhdlər ilk dəfə deyil. Hesab edirəm ki, bu, tarixən regionun digər ölkələrinə də yaxşı məlumdur. Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi destabilizasiyanın bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik”, – diplomat bildirib. “Bu bölgə çox əzab çəkib, müxtəlif millətlərdən olan insanlar qəlblərində saysız yaralar qoyan münaqişələrdən, hətta qanlı və amansız müharibələrdən keçib. Ona görə də kim sülhlə gəlib kömək etmək istəyirsə, buna hamımız çox sevinərik. Amma qoynunda bıçaq gəzdirənlər regionumuzdan rədd olsun”, – deyə Zaxarova əlavə edib.
Gununsesi.info