Amerikada 74 yaşlı kişi evində ayı hücumuna məruz qalıb

  • By Günel
  • 07 Oktyabr 2024 22:18

ABŞın Kolorado ştatında ayı üç balası ilə evə girərək evdə hücum etdiyi bir şəxsi yaralayıb. Səlahiyyətlilər hadisə yerinin yaxınlığında tapılan 4 ayının öldürüldüyünü açıqlayıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kolorado Vəhşi Yaşam rəsmiləri, Kolorado ştatında bir evə “qara ayı” növünün girdiyini bildiribər.

Onlar qeyd edib ki, ayı 3 balası ilə evə qapıdan daxil olub və evdəki adama hücum edib.

 

Rəsmilər, ayının hücumuna məruz qalan 74 yaşlı kişinin bədəninin müxtəlif nahiyələrindən ağır yaralandığını və xəstənin müalicəsinin ev şəraitində aparıldığını bildirib.

 

Onlar hadisə yerinin yaxınlığında tapılan 4 ayının öldürüldüyünü açıqlayıb.

Günel Həsənova

Gununsesi.info