Livanlı qaçqınlara 30 milyon dollar ayırılacaq

BƏƏ Suriyadakı livanlı qaçqınlara təcili humanitar yardım göstərmək üçün 30 milyon dollar ayıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə əmri BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan verib.

Bildirilir ki, əvvəllər BƏƏ Livana təcili yardım paketi olaraq 100 milyon dollar ayırıb və humanitar yardımın daşınması üçün Beyruta “hava körpüsü” təşkil edib.

Ötən cümə günü başlayan kampaniya çərçivəsində iki gün ərzində 205 ton dərman, ərzaq və digər humanitar yardım daşıyan 6 təyyarə Livana göndərilib.

 

 

Şəbnəm

Gununsesi.info