Çin kəşfiyyatı ABŞ-ın serverlərini sındırıb

Çin kəşfiyyatı üçün işləyən hakerlər ABŞ-da üç telekommunikasiya şirkətinin serverlərini sındırıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Washington Post (WP) amerikalı rəsmilərə və şirkət əməkdaşlarına istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Co Bayden hadisə ilə bağlı artıq məlumatlandırılıb. Federal Təhqiqatlar Bürosu (FTB), Daxili Təhlükəsizlik Departamenti və kəşfiyyat orqanları araşdırmaya başlayıb.

Bildirilir ki, müvafiq idarələrin nümayəndələri vəziyyəti şərh etməkdən imtina ediblər.

Qəzet qeyd edir ki, sındırılmış Verizon, AT&T və Lumen ABŞ-da üç ən böyük internet provayderidir.

Bundan əvvəl BlackBerry mütəxəssisləri çinli hakerləri “Apple” smartfon istifadəçilərinə hücumda ittiham etmişdilər.

 

 

Gununsesi.info