Bakı Ali Neft Məktəbinin sirri: - Etibar Əliyev

Bakı Ali Neft Məktəbi (BANM) Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisi oldu.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə eks deputat, təhsil eksperti Etibar Əliyev paylaşım edib.

Beləki, Azərbaycan üzrə 102 Prezident təqaüdçülərindən 33 nəfəri məhz BANM tələbələri seçilib.

BANM-nin sirri nədədir?

-BANM yaradılanda fəaliyyətinə şəraiti olmayan bir korpusda başlayıb. Sonradan nəhəng kampus inşa edilib.

-BANM zaman-zaman professor müəllim heyətinin tərkibini yeniləyir.

-Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaradır, hər bir tələbənin uğurunu qiymətləndirir.

-BANM məzunları əmək fəaliyyətləri ilə Ali məktəbin ən yaxşı təbliğatçıları olurlar.

-BANM Akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirir.

-BANM özünəməxsuluğu ilə seçilən zəruri mədəni, sosial-iqtisadi meylləri nəzərə alır və kampusundan faydalanır.

-Ali məktəb həm də alternativ dəyərlər sistemi yaratmalıdır. BANM bu fəaliyyəti ilə də bacarır.

-BANM özünün sərbəst elm və təhsil həyatını yaşayır, öz prioritetlərini müəyənləşdirir və bunu qapalı saxlamır, cəmiyyətə təqdim edir.

-BANM-nin internet səhifəsinə diqqət etsəniz görərsiniz ki, tələbə və müəllimlər üçün əldə edilən ən yeni kitabların təqdimatı aparılır.

-BANM-da idarəçilik üfüqi xarakter daşıyır və nəticədə hər kəs öz məsuliyyətini dərk edir.

-BANM tez-tez tələbələrlə görkəmli alimlərin və sənət adamlarının görüşünü təşkil edir

-BANM tələbələrin sənayedə təcrübə keçmələrinə bütün şəraiti yarada bilib.

Etibar Əliyev qeyd edib ki, ən əsası isə bu Ali məktəb istedadları söndürmür. Təcrübə göstərir ki, BANM-ın Prezident təqaüdçüləri ilə digər yüksək nəticə göstərmiş tələbələri rəqabət apara bilirlər. Bu isə birmənalı şəkildə keyfiyyətli təhsil mühiti ilə bağlıdır.

Gununsesi.info