
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ABŞ və İsrailin hücumları zamanı müttəfiqlərə hərbi yardım göstərəcək “Müqavimət paktı” haqqında qanun layihəsi hazırlayır.
Gununsesi.info xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
“Bu planın layihəsinə görə, “Müqavimət paktı”nın iştirakçısı olan bütün ölkələr və ya azadlıq hərəkatları sionist rejim və ya ABŞ-ın pakt iştirakçılarının ərazisinə hücumu halında, hərtərəfli iqtisadi, hərbi və siyasi yardım göstərməlidir”-deyə məlumatda qeyd olunub.
Hazırlanan paktın şərtlərinə görə, İsrail və ya ABŞ-ın öz ölkələrindən birinə hücum edəcəyi təqdirdə operativ qərargah yaradılacaq.
Agentliyin məlumatına görə, onun vəzifələrinə təlimlərin keçirilməsi və hərbi əməliyyatların əlaqələndirilməsi daxil ola bilər.
Eyni zamanda, planın həyata keçirilməsinə və vəzifələrin bölünməsinə İranın Ali Milli Təhlükəsizlik Şurası cavabdeh olacaq.
Günay