Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

  • By Günel
  • 07 Oktyabr 2024 20:38

Samur-Abşeron kanalının Xızı rayonundan keçən hissəsində kişi meyiti tapılıb.

Gununsesi.info – nun əldə etdiyi məlumata görə, meyitin ötən ay itkin düşən Siyəzən şəhər sakini Mahmud Kamal oğlu Məlikova aid olduğu müəyyən edilib.

Xatırladaq ki, 23 yaşlı Mahmud Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Ailəsi həmin vaxtdan sonra ondan xəbər ala bilməyib.

Gununsesi.info