Hollandiya Ukrayna üçün 400 milyon avro ayıracaq

Hollandiya Ukrayna ilə birlikdə pilotsuz təyyarələrin hazırlanması və istehsalı üçün 400 milyon avro ayıracaq.

Gununsesi.info xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans Xarkova səfəri zamanı deyib.

Nazir qeyd edib ki, pilotsuz təyyarələrin yarısı Hollandiyada, qalan hissəsi isə Ukrayna və digər ölkələrdə istehsal olunacaq.

Brekelmans xatırladıb ki, Hollandiya Ukraynanı F-16 təyyarələri və Patriot sistemləri ilə təchiz etməkdə “aparıcı rol” oynayıb: “Biz indi müasir dronlarla bunu davam etdiririk”.

Nazirin sözlərinə görə, bu dronlardan müxtəlif məqsədlər üçün istifadə oluna bilər: kəşfiyyat, müdafiə və hücumlar. Xüsusilə havada, həm də quruda və dənizdə.

Brekelmansın vurğuladığı kimi, hazırlanmış dronların uğur qazanacağı təqdirdə istehsalın genişləndirilməsi üçün əlavə vəsait ayrılacaq.

 

Günel

Gununsesi.info