Ukrayna ordusunda dəyişikliklər: - Silahlı qüvvələr yenidən qurulur

Ukraynada müharibə üç ilə yaxındır ki, davam edir. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, zamanla dəyişən şərtlər və yeni çağırışlar orduda transformasiya ehtiyacını doğurur.

Ukrayna hökuməti silahlı qüvvələrində köklü struktur islahatları aparacağını bəyan edib.

Buna uyğun olaraq ordu hərbi komandanlıq sistemini tamamilə dəyişərək korpus əsaslı struktura keçəcək.

Ötən il Ukrayna dünyada xüsusi pilotsuz sistem qüvvələrini tətbiq edən ilk ölkə oldu.

Ukrayna lideri Volodymyr Zelenskyy yanvarın sonlarında etdiyi çıxışda rəsmilərin orduda yeni bölmələrin yaradılması ilə bağlı “konkret detalları” müzakirə etdiyini bildirib.

“Ordu sisteminin modernləşdirilməsinin alternativi yoxdur”, – deyə Zelenski bildirib.

Orxan Saffari

Gununsesi.info