
Rusiyanın paytaxtı Moskvada binada baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil, lakin Donetsk vilayətindən olan yüksək rütbəli rusiyapərəst yarımhərbi Armen Sarkisyanın ciddi xəsarət aldığı bildirilir.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Orxan Saffari