
Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı Moskva ilə Dəməşq arasında danışıqlar davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kreml məsələ ilə bağlı yeni açıqlama verib.
Kreml bildirib ki, Rusiya Suriya hakimiyyəti ilə bir sıra məsələlər, o cümlədən Moskvanın ölkədəki iki hərbi bazasının taleyi ilə bağlı danışıqları davam etdirir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov prezident Bəşər Əsədin devrilməsindən sonra o, ötən həftə Suriyanın yeni liderləri ilə ilk görüşləri üçün Dəməşqə gedib.
Qoşunları və hava qüvvələri Suriya müxalifətinə qarşı illərdir Əsədə dəstək verən Rusiya Tartusdakı dəniz bazasını və Latakiya liman şəhəri yaxınlığındakı Hmeymim hava bazasını saxlamağa çalışır.
Orxan Saffari