Xalq artistindən xəbər var

  • By Günel
  • 03 Fevral 2025 19:24

Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Qeyd edək ki, Ənvər Həsənov yanvarın 10-da halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Xalq artisti daha sonra Reabilitasiya Mərkəzində müalicəsinə davam edib.

Gununsesi.info