Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq

  • By Günel
  • 03 Fevral 2025 22:18

Azərbaycan Premyer Liqasında komanda sayı artırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsində qərar çıxarılıb.

İclasda Azərbaycan Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub.

2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Gununsesi.info