
ABŞ dövlət katibi Marko Rubio El Salvadora kritik səfər edib.
Gununsesi.info xarici mediaya istinadəın xəbər verir ki, Rubio və El Salvador prezidenti Nayib Bukele arasında təxminən üç saat davam edən görüş keçirilib.
Görüş zamanı Bukele ABŞ-da olan Salvadordan olan qeyri-qanuni mühacirləri geri almağa razılaşıb.
Təkcə bu deyil, Bukele “millətindən asılı olmayaraq cinayətkar qeyri-qanuni immiqrantları” qəbul etməyi və həbs etməyi təklif etdi.
Bildirilib ki, təklif Amerika vətəndaşları üçün də keçərlidir.
Rubio Bukelenin təklifini “görünməmiş və fövqəladə immiqrasiya müqaviləsi” kimi qiymətləndirib.
Orxan Saffari