Rubio: - ABŞ İrana təzyiqi gücləndirməlidir

  • By Günel
  • 04 Fevral 2025 08:05

ABŞ İrana təzyiqləri gücləndirməlidir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

“İrana təzyiqləri o vaxta qədər artırmalıyıq ki, onlar öz indiki fəaliyyətlərini dayandırsınlar. Bu fəaliyyətlər isə son nəticədə nüvə silahının yaradılmasına yönəlib”, – Rubio qeyd edib.

Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində bildirib ki, Tehran nüvə silahı yaratmaq məqsədi güdmür.

Gununsesi.info