100 yaşına çatan qadının 10 sirri: Uzun və xoşbəxt bir ömür sürməyin yolu - FOTO

  • By Günel
  • 04 Fevral 2025 11:23

Alimlər göstərir ki, bəzi insanlar qocalma prosesinə digərlərinə nisbətən daha yaxşı müqavimət göstərir və qocalmalarına baxmayaraq, güclü və sağlam qala bilirlər. Bəs, uzun və xoşbəxt həyatın sirri nədir? Alimlərin fikrincə, genetik faktorlar mühüm rol oynasa da, həyat tərzi və psixi münasibət də böyük amildir.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, professor Emily Rogalski və onun Çikaqo Universitetindəki komandası “super yaşlılar” adlanan bu şəxsləri tədqiq edir.

Araşdırmalara görə, super yaşlılar nikbinlik, dözümlülük və əzmkarlıq kimi fərqli şəxsiyyət xüsusiyyətlərinə malikdirlər. Bundan əlavə, aktiv həyat tərzinin saxlanması da onların vəziyyətini dəstəkləyir.

Super yaşlıların ən yaxşı nümunələrindən biri olan Dennisin bu yaxınlarda 100 yaşı tamam oldu. Hələ də aktual hadisələrlə maraqlanan və hər həftə xəbərləri izləyən Dennis həyata bağlılığı və enerjisi ilə diqqət çəkib. Səhhətində problemlər olmasına baxmayaraq, o, güclü həyat həvəsi sayəsində əla qalmağa davam edir.

100 yaşına giren kadının 10 sırrı: Uzun ve mutlu bir hayat yaşamanın yolu - 3

Uzun ömrün qızıl qaydaları haqqında:

Mütəxəssislərin fikrincə, sağlam və uzun ömür üçün aşağıdakı vərdişlərə yiyələnmək çox vacibdir:

 

1- Hobbi

Super yaşlılar karyeralarından çox hobbilərinə diqqət yetirirlər. Hobbi və maraqlar həyat keyfiyyətini artırır.

100 yaşına giren kadının 10 sırrı: Uzun ve mutlu bir hayat yaşamanın yolu - 4

2- Sevdiyiniz məşqi edin

Fiziki aktivliyin ən təsirli yolu onu bir məcburiyyət olaraq görmək yerinə ondan həzz almaqdır.

100 yaşına giren kadının 10 sırrı: Uzun ve mutlu bir hayat yaşamanın yolu - 5

3- Özünüzü başqaları ilə müqayisə etməyin

Super yaşlılar başqaları ilə rəqabət aparmaqdansa, öz həyatları ilə kifayətlənməyi öyrənmiş fərdlərdir.

 

4- Çölə (təbiət) çox çıxın

İctimai həyatın içində olmaq psixi sağlamlığı qoruyur və təkliyin qarşısını alır. Araşdırmalar göstərir ki, super yaşlıların əksəriyyəti sosial həyatlarını aktiv saxlayırlar.

 

5- Yeni təcrübələr edin

Yeniliklərə açıq olmaq beyni aktiv saxlamaqla qocalmanı gecikdirir.

 

6- Müxtəlif yaş qruplarından dostluq edin

Yüksək həyat enerjisi olan insanlar hər yaşda olan insanlarla güclü sosial əlaqələr qururlar.

100 yaşına giren kadının 10 sırrı: Uzun ve mutlu bir hayat yaşamanın yolu - 6

7- Şəxsi baxımınıza diqqət edin

Özünüzə qayğı göstərmək özünə inamı artırır və həyata daha pozitiv baxış bəxş edir.

 

8- Pozitiv düşünün

Stressin sağlamlığa mənfi təsirlərini nəzərə alsaq, müsbət dünyagörüşün yetişdirilməsi mühüm amildir.

 

9- Dəyişməkdən qorxma

Yeniliklərə açıq olmaq və fərqli təcrübələrə sahib olmaq həyatı daha mənalı edir.

 

10- Könüllü olaraq yardım edin

Cəmiyyətə töhfə vermək həm fərdi, həm də sosial faydalar təklif edir.

 

Mütəxəssislər uzun və sağlam həyatın sirrinin təkcə genetik faktorlarla bağlı olmadığını vurğulayıblar. Müsbət dünyagörüşü, sosial əlaqələr və aktiv həyat tərzi uzun və xoşbəxt qocalığın ən vacib elementlərindəndir.

 

Günel Həsənova

Gununsesi.info