Son dəqiqə: 15 fələstinli əsir Türkiyəyə gətiriləcək

  • By Günel
  • 04 Fevral 2025 10:54

İsrail və HƏMAS arasında atəşkəs razılaşması əsasında ölkələrindən qovulan 15 fələstinli Türkiyə tərəfindən qəbul ediləcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü ildən 13 yanvar 2025-ci ilə qədər Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 50 min insan həyatını itirib, 100 mindən çox insan isə yaralanıb.

İsrailin illərdir həbsxanalarda saxladığı minlərlə fələstinli ilə yanaşı, Qəzzadan olan 15 min insan da müxtəlif səbəblərlə həbs edilib.

Atəşkəs razılaşmasına İsrailin girovların azad edilməsi müqabilində müəyyən sayda məhbus və məhkumu azad edəcəyini bildirən bənd yer alıb.

İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilən məhbuslardan bəzilərinin azad edildikdən sonra Fələstindən çıxarılması, bir daha geri qayıtmaması tələb edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığına uyğun olaraq, atəşkəs razılaşmasını dəstəkləmək üçün həbsdən çıxdıqdan sonra ölkəsindən uzaqda yaşamaq məcburiyyətində qalan fələstinlilərin bir qisminə bəzi ölkələr, eyni zamanda Türkiyə də ev sahibliyi edəcək.

Belə ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) hərəkətə keçərək ilkin olaraq ölkələrindən qovulan 15 fələstinlinin Misir üzərindən Türkiyəyə gəlməsinə imkan yaratmağa çalışıb.

Buna görə sözügedən fələstinlilərin Türkiyədə dinc və təhlükəsiz həyat qurmaları üçün lazımi tədbirlər görürülüb.

Təhlükəsizlik mənbələri prezident Ərdoğanın sülh və humanitar məsuliyyət vizyonu çərçivəsində Fələstin xalqına dəstək missiyasının qətiyyətlə davam etdiriləcəyini bildirib.

Günel Həsənova

Gununsesi.info