Gömrük Akademiyasının tələbələri təqaüdlərini ala bilmir - İKİ AY KEÇİB

  • By admin
  • 04 Fevral 2025 10:35

Dövlət Gömrük  Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilmısinə baxmayaraq, hələ də Dövlət Gömrük Akademiyasının tələbələrinin təqaüdləri verilməyib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib.

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.

Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir” deyə tələbələr bildirib.

Afət Abbasova

Gununsesi.info