Gəncədə “Opel” qəza törətdi - FOTOLAR

  • By Günel
  • 03 Fevral 2025 23:34

Gəncə şəhərində yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, Rəhman Omarovun idarə etdiyi “Opel” markalı avtomobil öncə “Mistubishi Pajero” markalı maşına, daha sonra isə dəmir hasara çırpılıb.

Araşdırma aparılır.