Türkiyə “Tayfun” qısamənzilli ballistik raket sistemini sınaqdan keçirib - VİDEO

  • By Günel
  • 04 Fevral 2025 09:02

Türkiyənin raket istehsalında ixtisaslaşan ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Tayfun” qısamənzilli ballistik raket sisteminin sınağı həyata keçirilib.

Gununsesi.info bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd olunur ki, sınaq atışı Rizə-Artvin hava limanı yaxınlığında həyata keçirilib və uğurla nəticələnib.