İŞİD-in 4 vilayətdə əməliyyatı

İstanbul Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində İŞİD terror təşkilatının tərəfdarı kimi fəaliyyət göstərən və təşkilata maliyyə dəstəyi verən 47 şübhəli müəyyən edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, istintaq zamanı şübhəlilərin münaqişə zonalarına bağlı şəxslərlə birgə təşkilatçılıq fəaliyyəti həyata keçirdikləri müəyyən edilib.

Şübhəlilər haqqında həbs qərarı çıxarıldıqdan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçərək mərkəzi İstanbul olan 4 vilayətdə əməliyyat keçirib.

Əməliyyatda 46 şübhəli tutularkən, 1 şübhəlinin axtarışları davam edir.

Orxan Saffari

Gununsesi.info