
Pendir İngiltərədə laboratoriya şəraitində heyvan südündən istifadə edilmədən istehsal edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, pendirin dadının ənənəvi istehsal edilən pendirlə eyni olduğu bildirilir.
Kənd təsərrüfatı fəaliyyətləri istixana qazlarının yaranmasına səbəb olan mühüm amillərdəndir. Qlobal istiləşməyə səbəb olan metan qazı emissiyalarının 40 faizi kənd təsərrüfatı fəaliyyətlərindən qaynaqlanır. Bu metan qazı emissiyasının dörddə üçünü inək və mal-qara nəcisi təşkil edir.
Ferma heyvanlarına qulluq və süd istehsalı da çox su istifadə edir. Bu səbəbdən kənd təsərrüfatı heyvanlarından başqa ət və süd məhsullarının necə əldə oluna biləcəyi ilə bağlı araşdırmalar aparılır.
Süd məhsullarında olan kazein adlı protein fermentasiya yolu ilə əldə edilib. Bu zülalın pendirə xarakterik dad verdiyi qeyd olunur.
Mikroorqanizmlərin proqramlaşdırılması ilə süd zülalı ilə çedar və parmezan da daxil olmaqla müxtəlif növ pendirlərin hazırlana biləcəyi bildirilir.
Şirkət istehsal gücünü artırmağı və 2028-ci ildə kütləvi istehsala başlamaq üçün lazımi icazələri almağı hədəfləyir.
Orxan Saffari