
Avstraliyada 17 yaşlı qızı köpəkbalığı öldürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avstraliyanın yerli mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 3 -də, Kvinslend ştatının Brisben şəhərinin şimalında baş verib. 17 yaşlı qız Bribi adasındakı məşhur Woorim çimərliyində çimərkən sahildən 100 metr aralıda okeanda üzərkən köpək balığı ona hücum edib.
Hadisənin şahidləri qızı sahilə çıxarıblar. Hadisə yerinə gələn tibb işçiləri ona kömək etməyə çalışsalar da, o aldığı yaralardan yerindəcə ölüb.