Sakinlərin diqqətinə: - Bəzi ərazilərdə qaz olmayacaq

  • By Günel
  • 03 Fevral 2025 22:01

Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

Gununsesi.info məlumat verir ki, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.

Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Gununsesi.info