Nazir Özbəkistan nümayəndə heyəti ilə Füzulidə tikilən məktəbdən danışdı - FOTOLAR

  • By Günel
  • 25 Oktyabr 2024 22:10

Oktyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Aliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Gununsesi.info – ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, Füzulidə 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşasında Özbəkistan tərəfinin göstərdiyi xüsusi dəstək vurğulanıb.

Eyni zamanda tərəflər sözügedən Fondla gələcək birgə fəaliyyət, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə müzakirə aparıblar.



Gununsesi.info