
Wall Street Journal – nın (WSJ) məlumatına görə, Rusiya lideri Putin İlon Maskdan Çinə “bir yaxşılıq etmək” üçün Starlink peykindən istifadə edərək Tayvanda interneti kəsməsini istəyib.
Gununsesi.info Milliyete-ə istinadən xəbər verir ki, Maskın Putinin istəyinə reaksiya verib-vermədiyi bilinmir, ancaq Starlink Tayvandda istifadə oluna bilmir.
Starlink Ukrayna hərbi qüvvələri üçün həyat xəttinə çevrildi; Ölkə Rusiya ilə münaqişədə cəbhə xəttində internet bağlantısını saxlamaq üçün bu şəbəkədən istifadə edir. Münaqişənin başlanğıcında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin köməyi ilə şirkət Kiyevə 5 min terminal çatdırıb.
WSJ qəzetini tez-tez tənqid edən və eyni zamanda “X” sosial media platformasının sahibi olan Mask hələlik xəbərə münasibət bildirməyib. İddialarla bağlı nə Starlinkdən, nə də SpaceX-dən heç bir fikir bildirilməyib. Maskın Starlink peyklərini buraxan raket şirkəti SpaceX-in ABŞ Müdafiə Nazirliyi ilə geniş müqavilələri var və həmçinin ona məxfi məlumatlara çıxış imkanı verən xüsusi təhlükəsizlik icazəsi var. NASA astronavtları Beynəlxalq Kosmik Stansiyaya daşımaq üçün Maskın Falcon raketlərinə arxalanır.
Starlink Tayvanda əlçatmazdır və şirkətin veb saytındakı qlobal əhatə xəritəsində Tayvan üçün “xidmət tarixi hazırda məlum deyil” ifadəsi yer alıb.
Günel Həsənova