İranda dəhşətli partlayış: 6 ölü, 700 yaralı - VİDEO - FOTO

  • By Günel
  • 26 Aprel 2025 20:08

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə məlumat verib.

“Qurbanların sayı artmaqda davam etsə də, bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tərk edirlər”, – Həsənzadə IRIB telekanalında çıxışı zamanı deyib.

O həmçinin bildirib ki, hazırda vəziyyət nəzarət altındadır. Yanğının söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.

***

16:50

İranın cənubundakı Şəhid Recai limanda baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Yaralananların sayı 516 nəfərə çatıb.

İlkin məlumatlara görə, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələrin saxlandığı anbarda baş verib.

***

15:39

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İlkin məlumatlara görə, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələrin saxlandığı anbarda baş verib.

***

15:22

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İlkin məlumatlara görə, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələrin saxlandığı anbarda baş verib.

 

***

14:57

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

 

***

14:18

İranın Şəhid Recai limanında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı artaraq 80 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

***

14:03

İranın Şəhid Recai limanında baş vermiş partlayış nəticəsində təxminən 50 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Rəsmi qurumlardan hələlik əlavə açıqlama verilməyib.

***

13:23

İranın Bəndər- Abbas şəhərində Şəhid Rəcai limanında partlayış olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Partlayışın səbəbi hələlik məlum deyil, itkilər və dağıntılar barədə informasiya yoxdur.