Makron: Zelenski qeyd-şərtsiz atəşkəsə hazır

  • By Günel
  • 26 Aprel 2025 20:25

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə Romada danışıqları “çox müsbət” adlandırıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

Makron qeyd edib ki, Ukrayna lideri qeyd-şərtsiz atəşkəsə hazır olduğunu təsdiqləyib.

“Ukrayna döyüşləri dayandırmağa hazırdır və bu addımı həyata keçirmək üçün amerikalı və avropalı tərəfdaşlarla birgə işləmək niyyətindədir”, – Makron yazıb.

Gununsesi.info