General Moskalikin qətlində şübhəli bilinən şəxs saxlanıldı

  • By Günel
  • 26 Aprel 2025 20:29

Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” FSB-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

İqnat Kuzini adlı şəxs Yaroslav Moskalikin ölümü ilə nəticələnən avtomobil partlayışını təşkil etməkdə şübhəli bilinib.

Qeyd olunur ki, Ukraynada yaşamaq icazəsi olan Kuzin Moskva vilayətində Ukrayna xüsusi xidmət orqanları tərəfindən verilən komponentlərdən istifadə edərək avtomobilə əldəqayırma partlayıcı qurğu quraşdırıb. 25 aprel 2025-ci ildə Moskalik evindən çıxan zaman cihaz Ukrayna ərazisindən işə salınıb.

Saxlanılan şəxs Rusiya Federasiyasının İstintaq Komitəsinə aparılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “Terror aktı” və “Partlayıcı maddələrin qeyri-qanuni saxlanması” maddələri ilə bağlı cinayət işi açılıb.

Gununsesi.info