Şri-Lankada avtobus aşdı: 16 nəfər öldü

Şri-Lankada avtobusun uçuruma düşməsi nəticəsində 16 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, hadisə Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus avtobusun Kataragamadan Kurunegalaya səfər etdiyi zaman baş verib.

Avtobus yoldan çıxaraq əsas avtomobil yolunda uçuruma düşüb. Həlak olanların şəxsiyyəti müəyyənləşdirilməyib.

Hadisənin səbəbləri isə araşdırılır.

Gununsesi.info