Yol polisi piyadalara çağırış etdi

May ayının 12-dən 19-dək respublika ərazisində “ Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Bu barədə Gununsesi.info-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Gununsesi.info