Orta məktəblərdə yenilik - Kağız jurnalları tam ləğv olunur

Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.

“Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. “Rəqəmsal məktəb” platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq”, – o əlavə edib.

 

 

Gununsesi.info