
Rusiyada keçmiş ordu komandiri general-mayor İvan Popov dələduzluqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Tambov Qarnizonu Hərbi Məhkəməsində keçirilən prosesdə Popov dələduzluqda təqsirli bilinib.
İclasda ona qarşı irəli sürülən ittihamları rədd edən Popov 5 il müddətinə azadlıqdan məhrum edilib və 800 min rubl (təxminən 9700 dollar) cərimələnib.
Məhkəmə Popovun rütbəsinin də ləğv edilməsi barədə qərar çıxarıb.
Popovun vəkili Sergey Buynovski jurnalistlərə bildirib ki, onlar məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.
Günel Həsənova