Suriyanın yeni birinci xanımı ortaya çıxdı

Suriyanın yeni birinci xanımı Lətifə Şara həyat yoldaşı, Suriya prezidenti Əhməd Şara ilə Məkkədə Ümrə ziyarəti edərkən görüntülənib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Lətifə Şara ictimaiyyət qarşısında çıxış etdikdən sonra böyük maraq doğurub və sosial mediada trend mövzusuna çevrilib.

Əhməd Şəra daha əvvəl verdiyi müsahibədə həyat yoldaşının “həyatında yeganə qadın” olduğunu vurğulamışdı.

Bəs babasının Osmanlı İmperiyasında səfir olduğu iddia edilən Lətifə Şara kimdir?

Lətifə Şaranın universitetdə Ərəb dili və ədəbiyyatı təhsili aldığı, ulu babası Alaaddin El-Daruobinin isə Osmanlı İmperatorluğunda səfir vəzifəsində çalışdığı iddia edilir.

Onun babası Əl-Droubinin Osmanlı Suriyasının Homs şəhərində zəngin adət-ənənələrə malik tanınmış bir ailəyə mənsub olduğu ehtimal edilir.

İstanbulda iki qardaşı ilə hüquq və siyasət təhsili alıb, Qalata İnstitutunu bitirib.  

Dədə Əl-Droubi 27 mart 1913-cü ildə Osmanlı İmperiyasında Yəmən vilayətinin valisi, daha sonra isə Bəsrə valisi kimi vəzifəsinin icrasına başlayıb.

Məlumdur ki, Əhməd Şəra da aristokrat ailədən olub, atası yüksək vəzifəli məmur Hüseyn Şəra və əmisi oğlu nazir Faruk Şara mühüm bürokrat olub.  

Orxan Saffari

Gununsesi.info