
ABŞ prezidenti Donald Tramp yardım müqabilində Kiyevdən nadir torpaq elementləri tələb edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti Donald Tramp bildirib ki, o, Kiyevə dəstək müqabilində elektronikada istifadə olunan əsas elementlər olan nadir torpaq metallarının tədarükünə zəmanət veriləcək bir razılaşma əldə etmək istəyir.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni bitirmək üçün “qələbə planı”nın bir hissəsi kimi ötən ilin oktyabrında belə bir ideya irəli sürmüşdü. “Biz Ukraynaya deyirik ki, onlarda çox qiymətli nadir torpaq elementləri var”,
Tramp dünən deyib . “Biz Ukrayna ilə müqavilə bağlamaq istəyirik ki, onlar bizim onlara verdiyimiz şeyləri, nadir torpaqları və digər əşyalarını təmin etsinlər”.
Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Ukraynanın buna hazır olduğunu bildirib və Vaşinqtonun 300 milyard dollara yaxın dəstək üçün Ukraynadan “bərabərləşdirmə” istədiyini qeyd edib.
Orxan Saffari