Keçmiş kansler Şröder “tükənmişlik sindromu”ndan əziyyət çəkir

Almaniyanın keçmiş kansleri Gerhard Schröderin “tükənmişlik sindromu”ndan müalicə aldığı bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Alman mətbuatında yer alan xəbərlərə görə, son illərdə Rusiya ilə əlaqələri ilə bağlı tənqidlərə məruz qalan 80 yaşlı Şröder xəstəxanada müalicə alır.

Məlumata görə, Şröderin həkimi keçmiş baş nazirin yorğunluq və nəzərəçarpacaq dərəcədə enerji çatışmazlığı yaşadığını bildirib.

Onun vəkili Hans-Peter Huber bildirib ki, həkimin məsləhəti ilə Şröder klinik müalicəyə başlamaq qərarına gəlib.

Qeyd edək ki, Gerhard Schröder 1998-2005-ci illərdə Almaniyanın baş naziri, 1999-2004-cü illərdə isə Sosial Demokrat Partiyasının lideri olub.

Ukraynada müharibə başlayandan sonra Şröderin Rusiyanın dövlət enerji şirkətləri ilə əlaqələri və Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələri onu Almaniya siyasətindən uzaqlaşdırıb.

Orxan Saffari

Gununsesi.info