
Almaniyanın Ştutqart şəhərində keçirilən hərracda 1954-cü il model Mercedes W196 Streamliner 51 milyon 155 min avroya (təxminən 1,9 milyard TL) satılaraq tarixin ən bahalı Formula 1 avtomobili adını qazanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, avtomobili Formula 1 üzrə beşqat dünya çempionu Xuan Manuel Fangio və əfsanəvi britaniyalı yarışçı Stirlinq Moss idarə edib.
Ştutqartdakı Mercedes-Benz Muzeyində baş tutan bu satış Formula 1 avtomobilinin əvvəlki ən yüksək satış qiymətini iki dəfədən çox artırıb.
Qeyd edək ki, 1954-cü ildə istehsal edilmiş və yalnız dördü mövcud olan bu model avtoidman tarixinin ən mühüm nəqliyyat vasitələrindən biri kimi tanınır.
1955-ci ildə Argentina Qran Prisində Xuan Manuel Fangionun qələbəsi ilə və 1955-ci ildə İtaliya Qran Prisində ən sürətli dövrə vaxtını təyin edən Stirling Moss ilə bu avtomobil avtoidman tarixindəki unikal yerini möhkəmləndirdi.
Hərracın başlanğıc qiyməti 20 milyon avro, hədəf qiyməti isə 50 milyon avro müəyyən edilib. Rekord təklif telefonla iştirak edən və kimliyi açıqlanmayan bir alıcıdan gəldi.
Orxan Saffari