İsrail nümayəndə heyəti Dohaya yollanır

İsrail Baş Nazirlik Ofisi danışıqlar qrupunun Qəzza atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün yaxın günlərdə Qətərin paytaxtı Dohaya getməyə hazırlaşdığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən üç fazalı atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlanacağı gözlənilir.

Bildirilib ki, nümayəndə heyəti atəşkəs razılaşmasının davam etdirilməsi ilə bağlı “texniki detalları” müzakirə edəcək.

Həmas dünən atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlara hazır olduqlarını açıqlayıb.

İsrail və HƏMAS arasında atəşkəs danışıqları dolayısı ilə Qətər, Misir və ABŞ tərəfindən aparılır.

Orxan Saffari

Gununsesi.info