
İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın müalicəsi hazırda davam edir.
Gununsesi.info xəbər verir ki, bu barədə pravda.az-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.
“Anam indi də “İstanbul NS” klinikasındadır. Yaxşı olacaq”, – o bildirib.
Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək “İstanbul NS” klinikasının reanimasiya şöbəsinə yerləşdirilib. O, bir neçə gündür ki, palataya köçürülüb.