Yeni cinsi təcavüz ittihamları əlavə edildi: - 2 ABŞ əsgəri prokurorluğa sövq edildi

  • By Admin2
  • 24 Aprel 2025 12:18

Yaponiyanın Okinava şəhərində xidmət edən iki ABŞ dəniz piyadası cinsi təcavüz ittihamı ilə prokurorluğa sövq edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Okinava şəhərində yerləşən ABŞ əsgərlərinə qarşı yeni cinsi təcavüz iddiaları irəli sürülüb . Yerli KİV-in məlumatına görə, ABŞ-ın iki dəniz piyadasının ayrı-ayrı cinsi təcavüz ittihamı ilə prokurorluğa sövq edildiyi bildirilib.

Polisin bildirdiyinə görə, 20 yaşlı ABŞ dəniz piyadası keçən ay yerləşdiyi hərbi bazanın tualetində qadına cinsi təcavüz edib və qurbanı xilas etməyə çalışan başqa bir qadını yaralayıb. 20 yaşlarında olan daha bir ABŞ əsgərinin yanvar ayında tanışına qarşı cinsi təcavüzdə ittiham olunduğu bildirilir.

Polisə könüllü ifadə verən şübhəlilərin aprelin 7-də prokurorluğa sövq edildiyi və ABŞ-Yaponiya Qüvvələrin Statusu Sazişinə (SOFA) uyğun olaraq ABŞ hərbçilərinin nəzarətində saxlanıldığı bildirilir.

Okinava valisi Denni Tamaki mövzu ilə bağlı verdiyi açıqlamada oxşar hadisələrlə bağlı narahatlığını təkrarlayaraq, “Bu, çox acınacaqlı bir vəziyyətdir. Biz ABŞ ordusunu oxşar hadisələrin təkrarlanmaması üçün təsirli tədbirlər görməyə çağırırıq” deyib.

 

Orxan

Gununsesi.info