
Çinin Avstriyanın paytaxtı Vyanadakı Schoenbrunn zooparkına iki nəhəng panda göndərdiyi bildirilir.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Sıçuan əyalətindən iki nəhəng panda Avstriyanın Vyana şəhərindəki Schoenbrunn zooparkına köçürülüb.
Erkək panda He Fenq və dişi panda Lan Yunun ziyarətinin, Çin və Avstriya arasında dostluq simvolu olaraq 10 il davam edəcəyi bildirilib.
Çin Nəhəng Pandaları Qoruma və Araşdırma Mərkəzi 2020-ci ildə doğulan pandaların fərqli xarakterlərə malik olduğunu qeyd edib. He Fengin enerjili, Lan Yunun isə sakit olduğu bildirilən açıqlamada pandaların karantin və uyğunlaşma prosesindən sonra rəsmi qarşılanma mərasimi ilə ictimaiyyətə təqdim ediləcəyi paylaşılıb.
Schoenbrunn Zooparkının direktoru Stephan Hering-Hagenbeck nəhəng pandaların qorunması işinə töhfə verməkdən məmnun olduqlarını bildirib:
“Yeni cütlüyün nəsli kəsilmək təhlükəsi ilə üzləşən pandalar üçün elçi olacağını görməkdən xoşbəxtik” , – deyə vurğulayıb.
Günel Həsənova