Almaniya və İsveçrə yığmaları dördüncü dəfə böyük turnirdə üz-üzə gələcək

  • By ilhame
  • 23 İyun 2024 14:00

Bu gün Avropa çempionatında qrup mərhələsinin II turu çərçivəsində üz-üzə gələcək Almaniya və İsveçrə komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) 3 dəfə qarşılaşıblar.

 

Gununsesi.info xəbər verir ki, tərəflər arasında ilk duel 1938-ci ilin dünya çempionatında baş tutub.

 

Həmin görüş İsveçrə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Daha sonra iki dəfə – 1962 və 1966-cı ilin dünya çempionatlarında üz-üzə gələn millilərin oyununda Bundestim qələbəyə sevinib – 2:1, 5:0.

 

A qrupunun digər oyunu çərçivəsində qarşılaşacaq Şotlandiya və Macarıstan milliləri heç vaxt böyük turnirlərdə üz-üzə gəlməyiblər.

Gununsesi.info