Venesuelada zəlzələ baş verib

  • By ilhame
  • 23 İyun 2024 11:00

Venesuelada 6,1 maqnitudada zəlzələ olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 km şimal-şərqdə, zəlzələ ocağı 98 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info