Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb

  • By ilhame
  • 23 İyun 2024 09:51

Abşeron rayonunda 82 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Məhəmmədi qəsəbəsində qeydə alınıb.

 

Avtomobil yolu keçən 1942-ci il təvəllüdlü Xeyrullayev Abdulxan Bəhər oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info