
Aktrisa Ülviyyə Xəlilbəyova aktyor həyat yoldaşı Murad İsmayıldan ayrılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə aktrisa özü sosial media hesabında məlumat yayıb.
“Mən və həyat yoldaşım heç bir zaman ailəmizlə gündəmdə qalmaq istəməmişik. Müəyyən səbəblər üzündən istəməsək də, belə alındı. 6 il ərzində bu ailəni qorumaq, uşaqlarımız üçün çox çabaladıq. Amma bəzən olmur. Hər iki tərəfin razılığı və qərarı ilə övladlarımızın sağlam psixologiyası üçün münasibətimizi sonlandırdıq. Qərarımıza hörmətlə yanaşan hər kəsə təşəkkürlər!”, – deyə paylaşımda yazıb.
Qeyd edək ki, onların bu evlilikdən iki oğlu var.
Gununsesi.info