Qadına qarşı qeyri-etik hərəkət edən şəxs tutuldu

  • By ilhame
  • 22 İyun 2024 19:46

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Gununsesi.info-ya bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

Gununsesi.info